30.03.2017

Medvedev iclasa gecikən nazirə əsəbiləşdi – VİDEO

Rusiyanın baş naziri Dmitri Medvedev kənd təsərrüfatı naziri Aleksandr Tkaçova iclasa gecikdiyinə görə irad tutub.

METBUAT.info-nun məlumatına görə, hökümət başçısını Tkaçovun Nazirlər Kabinetinin iclasına gecikməyi əsəbiləşdirib.

“Arktika forumunda iştirak etməyən hər kəsə salamlar! Lakin bu hökümətin iclasına gecikmək üçün səbəb ola bilməz. Aleksandr Nikolayeviç! Biz sizi gözləyirdik. Mən dünən Arktikadan gec qayıtmışam, lakin bu gün gecikməmişəm. Siz isə gecikmisiniz. Müxtəlif yerlərə özünüzə zəngli saat qoyun!”, - Medvedev deyib.
Mənbə: Oxu.Az

a>