13.03.2017

Məcburi köçkünlərin yaşadığı 11 qəsəbəyə ilk dəfə təbii qaz verild

Martın 11-də Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı 11 qəsəbəyə ilk dəfə olaraq təbii qaz verilib.

METBUAT.info oxu.az-a istinaden xeber verirki. Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir.

Tədbirdə Baş Nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov və ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Daha sonra Baş nazirin müavini Əli Həsənov və SOCAR-ın prezidenti Rövnəq Abdullayev qəsəbələrə təbii qazın verilməsini bildirən rəmzi məşəli alovlandırıblar.

a>