23.03.2017

Londonda terror aktını törədən şəxsin kimliyi müəyyənləşdirilib

Britaniya polisi Londonda terror aktı törətmiş şəxsin kimliyini açıqlayıb.

METBUAT.info Report-a istinadən xəbər verir ki, bu, 52 yaşlı Xalid Məsuddur.

O, Kent qraflığında doğulub.

Təhqiqatçıların sözlərinə görə, Xalid Məsud son vaxtlar Qərbi Midlends qraflığında yaşayıb. Qeyd edək ki, Parlament binası yaxınlığındakı Vestminster körpüsü üzərində baş verən silahlı insident nəticəsində 5 nəfər ölüb, 40 nəfər yaralanıb.

İnsanlara atəş açmış X.Məsud polis tərəfindən öldürülüb.

a>