13.03.2017

Laricani: Müharibə hər iki ölkə üçün problemlər yaradacaq

“İran Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz potensialından istifadə edəcək”.

METBUAT.info xəbər verir ki, bunu APA-nın müxbirinin İranın Dağlıq Qarabağ münaqişəsindəki rolu ilə bağlı sualına cavabında İran parlamentinin sədri Əli Laricani deyib.

Ə.Laricani bildirib ki, bölgədə yeni gərginliyin yaşanması üçün potensial yoxdur:

“Münaqişə tərəflərindən istəyirik ki, hazırkı şəraitdə buna imkan verməsinlər. Regionda müharibənin olması hər iki ölkə üçün problemlər yaradacaq”.

O qeyd edib ki, İran həm Azərbaycan, həm də Ermənistanla yaxşı münasibətlərə malikdir:

“Ümid edirik ki, hazırkı şəraitdə münaqişə daha da gərginləşməyəcək. İran Dağlıq Qarabağ münaqişəsinin həlli və yaranacaq problemlərin yoluna qoyulması üçün öz potensialından istifadə edəcək”.