16.03.2017

Körfəz ölkələrindən Bakıya əlavə reyslər açılacaq

“Novruz bayramı ilə əlaqədar Körfəz ölkələrindən Bakıya yerinə yetirilən aviareyslərə olduqca böyük tələbat var”.

METBUAT.info APA-ya istinadən xəbər verir ki, bunu Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov bildirib.

“Novruz bayramı ilə əlaqədar Körfəz ölkələrindən Bakıya 100 əlavə reysin yerinə yetirilməsinə icazə verilib”, - deyə o bildirib.