27.03.2017

Kiyevdə GUAM sammitinin nəticələrinə görə bəyanat qəbul edilib

Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın (GUAM) hökumət başçıları səviyyəsində Kiyevdə keçirilən zirvə toplantısının yekunlarına dair bəyanat qəbul olunub.

METBUAT.info bu barədə GUAM-ın saytına istinadən xəbər verir ki, bəyanatda deyilir:

“Biz GUAM ölkələri ərazisində davam edən münaqişələrin suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həllinə cəhd etdiyimizi təsdiqləyirik. Dövlətlərin ərazisi güc təhdidi və ya gücdən istifadə nəticəsində digər dövlət tərəfindən ələ keçirilə bilməz. Bu cür fəaliyyətlərin nəticəsindəki hərbi işğal və ya ilhaq qanuni sayıla bilməz”.

a>