21.03.2017

Kim Çen İnn dünyaya meydan oxudu — ŞOK BƏYANAT

ABŞ-ın xarici işlər naziri Reks Tillerson Şimali Koreyanın nüvə proqramına qarşı daha sərt sanksiyaların tətbiqi və hərbi müdaxilə barədə xəbərdarlıq etmişdi.

METBUAT.info xəbər verir ki, Şimali Koreyanın xarici işlər nazirliyi mövzu ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

“Nüvə gücümüz xalqımızı qorumaq üçün ən güvənli vasitədir. ABŞ-ın hərbi müdaxiləsindən qorxmuruq. Şimali Koreyanın nüvə gücü çox qiymətli bir ədalət qılıncıdır və sosialist ana vətənimiz və xalqımızı qoruyur”.

Xarici işlər nazirinin mətbuat katibinin sözlərinə əsasən, ABŞ Şimali Koreyanın nüvə gücünü qəbul etməlidir:

“Əgər iş adamına çevrilmiş ABŞ rəsmiləri Şimali Koreyanı qorxudacaqlarını düşünürlərsə, bilməlidirlər ki, bu vasitələr işə keçmir”.