30.03.2017

İvanka Tramp atasının müşaviri olacaq

ABŞ prezidenti Donald Trampın qızı İvanka çərşənbə günü atasının komandasında rəsmi əməkdaş olacağını, amma məvacib almayacağını bildirib.

METBUAT.info xəbər verir ki, İvanka Tramp bəyanatında bildirib ki, onun de-fakto olaraq atasının köməkçisi olduğu, amma rəsmi vəzifəsi olmadığından bəzi insanların narahatçılıq çəkdiyini bildirib, bu barədə AP məlumat yayıb.

Ağ ev, öz növbəsində, İvanka Trmpın qərarını alqışladığı barədə bəyanat yayıb.

a>