7.03.2017

İtaliyalı 8 Marta sevgilisinə böyrəyini hədiyyə etdi

8 Mart bayramı ərəfəsində 52 yaşlı italiyalı kişi 44 yaşlı sevgilisinə öz böyrəyini hədiyyə edib.

Oxu.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, yerli Molinette klinikasının işçiləri bildiriblər ki, polikistik böyrək xəstəliyindən əziyyət çəkən xəstələrdən birinə təcili əməliyyat tələb olunurdu. İki ay əvvəl həkimlər donorun axtarışına başlayıblar, lakin tezliklə məlum olub ki, onun sevgilisi öz böyrəyini verməyə hazırdır.

Həkimlər lazımi analizləri götürüblər və transplantasiyaya razılıq veriblər. Əməliyyat uğurla başa çatıb. Hazırda hər iki xəstə həkimlərin nəzarəti altındadır. Onların vəziyyəti qənaətbəxş hesab edilir.

a>