26.03.2017

İran ABŞ şirkətlərinə qarşı sanksiya tətbiq edib

İran ABŞ-ın 15 şirkətinə qarşı sanksiya tətbiq edib.

METBUAT.info-nun APA-ya istinadən verdiyi məlumata görə, İran həmin ABŞ şirkətlərini terrorizmə dəstək verməkdə ittiham edib.

İran Xarici İşlər Nazirliyi Vaşinqtonun İrana qarşı yeni sanksiyalarına cavab olaraq ABŞ-ın terrorizmi dəstəkləyən 15 şirkətinə qarşı sanksiya tətbiq edildiyini bəyan edib.