28.03.2017

İndoneziyanın hava limanında tavan insanların üzərinə uçub – VİDEO

İndoneziyanın Supadi beynəlxalq hava limanının gözləmə zalında tavan uçub.

METBUAT.info oxu.az-a istinadən xəbər verir ki, hadisənin başvermə anı videomüşahidə kameralarına düşüb.

“Jakarta Globe”nin verdiyi məlumata görə, hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Onların hamısına zəruri tibbi yardım göstərilib.

Hava limanının artıq normal iş rejiminə qayıtdığı bildirilir.

a>