13.03.2017

İlham Əliyev “Azərsu”nun əməkdaşlarını təltif etdi – SİYAHI

Azərbaycan prezidenti İlham Əliyev Şollar-Bakı su qurğuları kompleksinin istismara verilməsinin 100 illiyi münasibətilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

METBUAT.info-nun məlumatına görə, Şollar-Bakı su qurğuları komrleksinin istismara verilməsinin 100 illiyi münasibətilə Azərbaycanda su təsərrüfatının inkişafında xidmətlərinə görə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin aşağıdakı işçiləri
“Tərəqqi” medalı ilə təltif edilib:

Aslanov Orucqulu Dilavər oğlu

Cəfərova Kəmalə Sərvəz qızı

Dünyamalıyev Bəkir Bahadır oğlu

Əbilov Fazil Adil oğlu

Əliyev Əmirxan Mamaxan oğlu

Həşimov Teyyub Səfər oğlu

Hüseynov Vidadi Hüseyn oğlu

İlyasov Rafiq İsa oğlu

Qasımov Zahid Zakir oğlu

Məmmədquliyeva Raziyə Şəmsibala qızı

Məmmədov Şakir Bəgi oğlu

Mirzəyev Cəmaləddin Siracəddin oğlu

Nəsrullayev Cəlil Məhəmməd oğlu

Rzayeva Güllü Adıgözəl qızı

Səfərəliyev Əlxan Sərxan oğlu

Talverdiyev Valeh Misrixan oğlu.

Dövlət başçısının digər sərəncamları ilə Azərbaycanda su təsərrüfatının inkişafında xidmətlərinə görə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin işçiləri - Bayramov Oruc Sulu oğlu, Quliyev Aftandil Təvəkkül oğlu və Quliyev Sidqi Həsənalı oğluna “Əməkdar mühəndis” fəxri adı verilib, Telman Salman oğlu Ağayevə isə Azərbaycanda su təsərrüfatının inkişafında xidmətlərinə görə Prezidentin fərdi təqaüdü təyin olunub.

a>