10.03.2017

Həmsədrlərin Dağlıq Qarabağa səfərinin tarixi açıqlandı

ATƏT-in Minsk qrupunun həmsədrləri martın 27-də Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionuna səfər edəcəklər.

Oxu.Az xəbər verir ki, bu barədə erməni KİV-i məlumat yayıb.

Daha öncə Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (RF), Stefan Viskonti (Fransa) və Riçard Hoqlandın (ABŞ) martın 11-də Bakıya səfər edəcəklərini bəyan etmişdi.

a>