11.03.2017

Əfv Komissiyası 450 müraciətə müsbət rəy verib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçirilib.

METBUAT.info-nun Report-a istinadən xəbərinə görə, sonuncu iclasda 120 müraciətə baxılıb.

Bununla da baxılan müraciətlərin sayı 950-ni keçib. Müraciətlərin təxminən 450-nə müsbət rəy verilib.

İclasların yekunu ilə bağlı yekun qərar layihəsi hazırlanaraq dövlət başçısına təqdim ediləcək.

Qeyd edək ki, Novruz bayramı ərəfəsində Prezident İlham Əliyevin əfv sərəncamı imzalayacağı gözlənilir.

a>