19.03.2017

Fransa prezident seçkilərində qələbəyə ən real namizəd özünü populist sayır

Fransa prezidenti postuna namizəd olan sabiq iqtisadiyyat naziri Emmanuel Makron özünün demaqoq yox, populist adlandırılmasının mümkün olduğunu bildirib.

METBUAT.info-nın məlumatına görə, E. Makron bunu “Journal du Dimanche” qəzetinə müsahibəsində bildirib.

E. Makron deyib ki, əgər populizm müxtəlif mexanizmlər olmadan insanlarla danışmaq deməkdirsə, populist olmaq istəyər: “Bu nöqteyi-nəzərdən Fransanın sabiq prezidenti Şarl de Qoll da populist olub. Ancaq bunu demaqogiya ilə qarışdırmayın. Bu baxımdan əgər istəyirsinizsə, məni populist adlandıra bilərsiniz. Ancaq mənə demaqoq deməyin, çünki mən xalqı aldatmıram”.

Qeyd edək ki, “Ipsos” şirkətinin yeni rəy sorğusuna əsasən E. Makron prezident seçkilərinin ikinci turunda 61 faiz səs toplayaraq radikal “Milli Cəbhə”nin lideri Marin Le Pen üzərində qələbə qazanacaq. Fransada prezident seçkilərinin birinci turu aprelin 23-də, ikinci turu mayın 7-də keçiriləcək.

a>