29.03.2017

FHN Bakı və Şabrandakı yanğın hadisələri ilə bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı və Şabranda bu gün axşam saatlarında baş verən yanğın hadisələri ilə əlaqədar məlumat yayıb.

METBUAT.info-nun FHN-in saytına istinadən verdiyi xəbərə görə, Bakının Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 81 m2 olan 3 otaqlı mənzilin 2 otağının, dəhlizinin yanar konstruksiyaları 50 m2 və dam örtüyü 80 m2 sahədə yanıb. Qonşu mənzillər və mansardın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şabran rayonu, Xırdaoymaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 176 m2 olan ikimərtəbəli 7 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 19:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.