31.03.2017

“Eurovision” tarixində bir ilk

“Eurovision - 2017” mahnı müsabiqəsi ilk dəfə kinoteatrlarda yayımlanacaq.

METBUAT.info Qafqazinfo-ya istinadla xəbər verir ki, layihə rəhbərləri tarixi bir qərara imza atıblar. Belə ki, 13 may tarixində baş tutan final Fransanın bütün kino mərkəzlərində canlı yayımlanacaq.

Mövzu ilə bağlı Fransa “Eurovision” heyətinin rəhbəri Edoardo Grassi açıqlama verib:

“Ötən il müsabiqə ölkədə populyarlaşmağa başlayıb. Bunun üçün Fransa xalqına böyük bir şans verdik. Müsabiqə film mərkəzlərində yayımlanacaq”.

Xatırladaq ki, ötən il Fransada 5 milyondan çox insan müsabiqənin səsverməsində iştirak edib.