13.03.2017

Ermənistanın müdafiə naziri Türkiyəyə qarşı ərazi iddiası irəli sürüb

Ermənistan, müdafiə naziri Vigen Sarkisyanın simasında Türkiyəyə qarşı ərazi iddiası səsləndirməyə davam edir, belə ki, sovet hakimiyyətinin ilk illərində bu ölkəyə “qədim erməni torpaqlarının” verildiyi deyilir.

“Əlbəttə, sovet hakimiyyətinin ilk illərində Türkiyə ilə imzalanan və qədim erməni ərazilərinin bu ölkəyə verildiyi üçün erməni cəmiyyətinin tarixi yaddaşında dərin inciklikliyin olmasını anlamaq lazımdır. Amma mən əminəm ki, zamanda və tarixdə lazım forması yoxdur, sadəcə belə qarşılıqlı fəaliyyətin regionumuza necə təsir edəcəyini düşünmək lazımdır”.

Oxu.Az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə V.Sarkisyan “Valday” Beynəlxalq diskussiya klubunun Yerevanda “Dəyişikliklər zaman: qlobal dəyişikliklər dövründə dünya” mövzusunda keçirilən sessiyasında bildirib.

Rusiya və Türkiyə arasında münasibətlərin yaxşılaşmasından danışan erməni naziri qeyd edib ki, Rusiya münasibətlərin yaxşılaşması nəticəsində Türkiyənin addımlarının öncədən anlaşılan olmasını təmin edə bilsə, bu, erməni maraqlarından irəli gələcək.

“Təbii ki, Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşmasının Ermənistana təsirinə dair cəmiyyətdə çaşqınlıq mövcuddur”, - V.Sarkisyan deyib.

Onun fikrincə, bir neçə həftə öncə Ermənistan və Rusiya arasında imzalanmış Birləşmiş qoşun qruplaşmalarına dair saziş, eləcə də Ermənistanda 102 saylı Rusiya bazasının yerləşməsi Türkiyə tərəfindən regional təhdid və onun Cənubi Qafqaz ərazisində hansısa prosesə cəlb edilmə imkanına ciddi cavab olacaq.