11.03.2017

Ermənistan Türkiyə ilə münasibətləri nizamlamağa hazırdır

Ermənistan Türkiyə ilə münasibətlərin şərtsiz nizamlanmasına hazırdır.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə cümə günü Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan bildirib.

“Ermənistan prezidenti (Serj Sarkisyan) erməni-türk münasibətlərinin nizamlanma prosesinin başlanğıcını qoysa da, Türkiyə sazişlərdən imtina etdi”, - Nalbandyan yunan həmkarı Nikosom Kotsiasomla müştərək mətbuat konfransında bildirib.

“Ermənistan münasibətlərin şərtsiz normallaşdırılmasına hazırdır. Ümid edirik ki, bir gün Türkiyə də belə düşünəcək və digər ölkələrlə sazişlərə hörmət edəcək”, - Nalbandyan əlavə edib.

Türkiyə və Ermənistan arasında diplomatik əlaqələr mövcud deyil, iki ölkə arasında sərhəd 1993-cü ildə Ankaranın təşəbbüsü ilə bağlanıb.

a>