14.03.2017

Ermənistan prezidenti Rusiyadadır

Ermənistan prezidenti Serj Sarkisyan Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya rəsmi səfərə gəlib.
METBUAT.info erməni KİV-nə istinadən xəbər verir ki, səfər çərçivəsində Sarkisyan Putin ilə görüş keçirəcək və Qarabağ münaqişəsinin tənzimlənmə prosesini müzakirə edəcək.

Ermənistan prezidenti, həmçinin MDBMİ-də olacaq, institutun professor-müəllim heyəti və tələbələri ilə görüşəcək, onlar qarşısında çıxış edəcək.