31.03.2017

DYP avtomobili kobud şəkildə qaydanı pozur – VİDEO

Bakı-Ələt yolunun 14-cü kilometrliyində Baş Dövlət Yol Polisi İdarəsinin Qaradağ postuna aid 99-YP-842 qeydiyyat nişanlı patrul avtomobili yolun hərəkət hissəsində qalıb və sürücülərə təhlükə yaradıb.

METBUAT.info-nun Avtosfer.az-a istinadən məlumatına görə, DYP əməkdaşları avtomobildə radar qurmaq məqsədilə yolun sol kənar zolağında park edərək digər nəqliyyat vasitələrinə maneə yaradıblar. Sürücülər yolun həmin hissəsində, demək olar ki, hər gün eyni mənzərə ilə qarşılaşır.

Videodan da aydın görünür ki, həmin patrul avtomobilinin nə sayrışan işığı yanır, nə də ki xüsusi səs siqnalı qoşulub. Belə olan halda isə qanunvericiliyin tələbi kobud şəkildə pozulur.

Qanunda qeyd olunub ki, xidməti vəzifəsini yerinə yetirən zaman qanunun tələblərindən kənara çıxma zərurəti yarandıqda, patrulun avtomobilində həm sayrışan işıq siqnalı, həm də xüsusi səs siqnalı qoşulu vəziyyətdə olmalıdır.

a>