26.03.2017

Dünyanın ən sürətli polis avtomobili seçildi – FOTO + VİDEO

Almaniyanın Volkswagen avtokonserninə məxsus Bugatti Automobiles S.A.S. (Fransa) şirkətinin istehsalı olan Bugatti Veyron hazırda dünyanın ən sürətli polis avtomobilidir.

METBUAT.info milli.az-a istinadən bildirir ki, bu avtomobil Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinin polis xidmətinin istifadəsindədir.

Dubay polisinin Bugatti Veyron avtmoobili 407 km/saat sürətə malikdir. Dubayda polisinin ikinci ən sürətli avtomobili isə Lamborghini Gallardo LP560-4-dür.

Ümumiyyətlə, Dubay polisi 14 xüsusi süperlüks avtomobilə malikdir ki, onların arasında eksklüziv seriyalı Aston Martin One-77, Lamborghini Aventador və Ferrari FF də var.

BƏƏ-nin hakimiyyət dairələri Dubay polisinin imcini yüksəltmək üçün 2013-cü ildə bu avtomobilləri asayiş keşikçilərinə verib.