31.03.2017

Dünyanın ən ağırçəkili adamı yarım ton ağırlığındadır – VİDEO

Son 6 ili yataq rejimində keçirən, yarım ton (595 kq) ağırlığında olan 32 yaşlı Pedro Franko dünyanın ən ağırçəkili insanı hesab olunur.
METBUAT.info publika.az-a istinadla xəbər verir ki, Pedro mədəsində yaranan ağrılarla əlaqədar həkimə müraciət edib. Müayinədən sonra piylənmədən əziyyət çəkən Pedroya mədəkiçiltmə əməliyyatı tətbiq olunacağı deyilib.

Əməliyyata qədər ən az 385 kiloya düşmək üçün 3 ay pəhriz saxlamalıdır. Əməliyyatdan sonra Pedronun çəkisinin 50%-ə qədər azalacağı deyilib.

Meksikali Pedro 2014-cü ildə vəfat edən və dünyanın ən ağırçəkili insanı hesab olunan Manuel Uribe ilə eyni çəkidədir. O, evindən xüsusi təcili yardım maşını və cihazlar vasitəsilə xəstəxanaya aparılıb.