1.03.2017

Dolların sabaha olan məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) martın 2-ə olan USD/AZN məzənnəsini açıqlayıb.

AMB-dən verilən məlumata görə, USD/AZN məzənnəsi 1,7515 manat səviyyəsində müəyyən olunub. Bu isə dolların məzənnəsinin bir sonrakı valyuta hərracına qədər sabit saxlanılması deməkdir.

Qeyd edək ki, sonuncu dəfə dolların məzənnəsində rekord fevralın 1-də qeydə alınıb. Bu zaman USD/AZN məzənnəsi 1,9200 manat olmuşdu. Bu günə dolların məzənnəsi isə 1,7475 manat olub.

Xatırladaq ki, növbəti valyuta hərracı sabah, yəni martın 2-də baş tutacaq.