1.03.2017

Dollar və lari bahalaşdı, avro isə ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın martın 1-ə olan məzənnəsini açıqlayıb.

AMB-dən verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi fevralın 28-i ilə müqayisədə 0,23% bahalaşaraq 1,7515 manat təşkil edib.

Avro da manata nisbətən azalıb. Avrozonanın vahid valyutası 1,8505 manatdan 1,8483 manatadək ucuzlaşıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 0,0302 manatdan 0,0301 manatadək azalıb.

Türkiyə lirəsinin məzənnəsi 0,4843 manatdan 0,4792 manatadək ucuzlaşıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1725 manatdan 2,1660 manatadək azalıb. Gürcüstan larisinin məzənnəsi 0,6793 manatdan 0,6930 manatadək bahalaşıb.