28.03.2017

Dollar sabit qaldı, avro və funt sterlinq isə bahalaşdı

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın martın 28-ə olan məzənnəsini açıqlayıb.

AMB-dən METBUAT.info-ya verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi martın 27-i müqayisədə dəyişməyərək 1,7201 manat olub.

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,8654 manatdan 1,8691 manatadək artıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 0,0302 manatdan 0,0303 manatadək bahalaşıb.

Türkiyə lirəsinin məzənnəsi 0,4771 manatdan 0,4761 manatadək azalıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1549 manatdan 2,1619 manatadək bahalaşıb. Gürcüstan larisinin məzənnəsi 0,7057 manatdan 0,7044 manatadək azalma nümayiş etdirib. (oxu.az)