29.03.2017

Dollar bahalaşdı, avro isə ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın martın 29-a olan məzənnəsini açıqlayıb.

AMB-dən METBUAT.info-ya verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi martın 28-i müqayisədə 0,11% bahalaşaraq 1,7220 manat olub.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 1,8691 manatdan 1,8623 manatadək azalıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 0,0303 manatdan 0,0302 manatadək azalıb.

Türkiyə lirəsinin məzənnəsi 0,4761 manatdan 0,4708 manatadək ucuzlaşıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1619 manatdan 2,1371 manatadək azalıb. Gürcüstan larisinin məzənnəsi 0,7044 manatdan 0,7036 manatadək azalma nümayiş etdirib.








a>