15.03.2017

Dəməşqdə dəhşətli partlayış — 25 ölü

METBUAT.info verir ki, Suriyanın paytaxtındakı məhkəmə binasında güclü partlayış səsi eşidilib. Bu barədə Suriya dövlət televiziyası məlumat yayıb.

Partlayıcı qurğu məhkəmə binasının vestibülündə işə düşüb. Suriya ədliyyə nazirliyindən bildiriblər ki, terror aktı nəticəsində 25 nəfər həlak olub. Onlarla yaralı var.

Qeyd edək ki, ötən həftə də Suriyada terror aktı törədilmişdi. Şiələrin Bab əs-Sagir qəbirsanlığında törədilən partlayış nəticəsində 70 nəfər dünyasını itirmişdi.