24.03.2017

Dilqəm Əsgərovun atası vəfat etdi

"Təəssüf edirik ki, Qardaşxan əmi həm vaxtsız, həm oğul nisgili, həm də torpaq dərdi ilə dünyasını dəyişdi".

İki ildən çoxdur, erməni girovluğunda olan Dilqəm Əsgərovun atası Qardaşxan Əsgərov ağır xəstəlikdən sonra vəfat edib.

METBUAT.info modern.az-a istinadən bildirir ki,bu barədə Dilqəm Əsgərovun yaxınları məlumat veriblər.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə" qurulub. "Məhkəmə"nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.