29.03.2017

Deputatdan kredit götürənlərin xeyrinə təklif

“Cənab prezidentin Maliyyə Bazarlarına Nəzarət Palatasına etimadı tamdır. Bizim də bu orqana etimadımız tamdır. Şəxsən mən bu orqana çox böyük ümidlər bəsləyirəm”.

METBUAT.info Modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.

T.Kərimli bildirib ki, manatın devalivasiyasında xalqın, kredit götürənlərin heç bir günahı yoxdur:

“Amma nədəsə manatın qiymətdən düşməyinin əziyyətini ancaq xalq çəkir. Ona görə mən təklif edirəm ki, bunun üçdə birini hökumət, banklar və vətəndaşlar öz öhdəsinə götürsün. Mənə elə gəlir ki, bu dövlətimizin etimadını daha da yüksəldə bilər”.

a>