11.03.2017

Daxili Qoşunlarının yaranmasının 25 illiyi münasibətilə tədbir keçirilib

Martın 12-də Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının yaranmasının 25 illiyi münasibətilə tədbir keçirilib.

DİN-in mətbiat xidmətindən METBUAT.info-ya bildirilib ki, Daxili Qoşunların komandanlığı və bir qrup hərbi qulluqçusu Fəxri xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.
Daha sonra Daxili Qoşunların Baş İdarəsində keçirilən tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov və Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini, general-leytenant Vahid Əliyev iştirak ediblər.

Daxili işlər nazirinin müavini - Daxili Qoşunlar komandanı, general-leytenant Şahin Məmmədov geniş məruzə ilə çıxış edərək, Daxili Qoşunların tarixindən danışıb. O qeyd edib ki, atəşkəs dövründə Daxili Qoşunlarda idarəetmənin təkmilləşdirilməsi, döyüş və peşə hazırlığının yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi, normativ-hüquqi və maddi-texniki bazanın yaradılması istiqamətində əməli tədbirlər həyata keçirilib. Respublikada ictimai asayişi pozmaq cəhdlərinin qarşısının alınması və silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsi üzrə keçirilən xüsusi əməliyyatlarda şəxsi heyət hər zaman yüksək döyüş hazırlığı, peşəkarlıq göstərib.

Nazir Ramil Usubov çıxışında deyib ki, son illər Daxili Qoşunlarda hərbi intizamın möhkəmləndirilməsi sahəsində həyata keçirilən tədbirlər mənəvi-psixoloji durumu daha da yaxşılaşdırıb, tabelik münasibətlərini əhəmiyyətli dərəcədə möhkəmləndirib, hüquqazidd əməllərin və kobud intizam pozuntularının sayı minimuma enib, qrup halında nizamnamədənkənar münasibət faktları isə ümumiyyətlə qeydə alınmayıb.

a>