12.03.2017

Daxili qoşunların yarandığı gün

Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünə qarşı ilk döyüşdə Daxili Qoşunlar 1992-ci il martın 12-də iştirak edib.

Azərbaycanda bu gün Daxili Qoşunların yaranması qeyd olunur.

METBUAT.info xəbər verir ki, Daxili Qoşunlar 1991-ci ildə Azərbaycan Prezidentinin fərmanı ilə yaradılıb. Daxili Qoşunların funksiyaları, vəzifələri, fəaliyyətinin əsas prinsipləri “Daxili Qoşunların statusu haqqında" Azərbaycan Respublikasının 1994-cü il tarixli Qanunu ilə müəyyən olunub.

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 mart tarixli fərmanları ilə “Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Hissəsinin Döyüş Bayrağı haqqında” Əsasnamə, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Döyüş Bayrağının təsviri”, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının emblemi haqqında” Əsasnamə və “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının emblemi” təsdiq olunub. Azərbaycan Respublikası Prezidentinin 9 mart 1995-ci il tarixli fərmanı ilə Qoşunların Azərbaycanın ərazi bütövlüyü uğrunda Ermənistanın hərbi təcavüzünə qarşı döyüşə başladığı gün-martın 12-si “Daxili Qoşunlar Günü” elan edilib.

a>