28.03.2017

Cəlilabadda əllə hərəkətə gətirilən quyuqazan düzəldilib – VİDEO

Cəlilabadda qrup halında çalışan quyuçular qazma zamanı istifadə etmək üçün alət düzəldiblər.

METBUAT.info Xezerxeber.az-a istinadla məlumat verir ki, quyunun qazılması zamanı istifadə olunan balta xüsusi dəmir borular vastəsilə dairəvi halda fırladılır. Qazılmış torpaq baltanın daxilində yığılır. Daha sonra torpaq bayıra çıxarılıb boşaldıldıqdan sonra yenidən quyuya salınır.

Yerin bərk və ya yumşaq olmasından aslı olaraq quyunun bir metr dərinliyi 7-10 manat arasında qazılır.

Torpaq sahibləri deyirlər ki, texnikalar vastəsilə su quylarının qazılması baha başa gəldiyi üçün bu tip əl quyularına tələbat daha çoxdur.

Dərinliyi 30 metrə qədər çatan su quyuları əksər halda bir gün ərzində qazılaraq təhvil verilir. Bu quyulardan su nasosları ilə çıxarılan su ilə yarım hektar ərazini suvarmaq mümkündür.

a>