27.03.2017

Çində qatarlar yaşayış binasının içindən keçir – VİDEO

Çinin Çünisin şəhərində metropolitenin qatarları 19 mərtəbəli yaşayış binasının içindən keçərək yola davam edirlər.

METBUAT.info Milli.Az-a istinadən xəbər verir ki, metronun “Chongqing Rail Transit No.2” marşrutu ilə hərəkət edən qatarlar binanın 6 və 8-ci mərtəbələrinin arasındakı məkandan keçir. Binadakı “Liziba Station” stansiyasında sərnişinlər vaqonlara daxil ola bilirlər.

19 mərtəbəli yaşayış binasında yaşayanlar metronun monorelsli qatarlarının səs-küyündən şikayətlənmirlər. Xüsusi quraşdırılmış avadanlıq səsi boğur. Bu səbəbdən qatar keçəndən yayılan səs paltaryuyan maşın işə salınanda olan səsdən uca deyil.