25.03.2017

Çində mədən qəzası: Ölənlər var

Çinin Henan əyalətində baş verən mədən qəzası nəticəsində 8 nəfər həyatını itirib.

METBUAT.info Report-a istinadən xəbər verir ki, bu barədə şənbə günü yerli hökumətə istinadən “Sinxua” məlumat yayıb.

İnsident cümə günü səhər Linbao şəhər mədənində baş verib. Qəza zamanı yerin altında ümumilikdə 18 nəfər olub. Onlardan 10 nəfərini çıxartmaq mümkün olub. Xəstəxanaya yerləşdirilən mədənçilərdən biri sonradan keçinib. Bir qədər sonra mədəndə 7 nəfərin meyiti aşkar edilib. Bir nəfər itkin düşmüş hesab olunur.

Qəzanın səbəbləri araşdırılır.

a>