24.03.2017

Çeçenistanda döyüşlər, ölənlər var

Martın 24-nə keçən gecə Rusiya Milli Qvardiyasının Çeçenistanın Naur rayonu ərazisindəki nəzarət-buraxılış məntəqəsinə hücum nəticəsində bir neçə hərbi qulluqçu ölüb.

METBUAT.info-nun xəbərinə görə, bu barədə RİA Novosti-yə Rusiya Milli Antiterror Komitəsindən məlumat verilib.

Bildirilir ki, hadisə yerli vaxtla saat 02:30 radələrində baş verib.

Döyüş zamanı altı yaraqlı məhv edilib. Rusiya Milli Antiterror Komitəsindən bildirilib ki, hərbçilər arasında ölənlər və yaralananlar var.