11.03.2017

Çavuşoğlu: Rusiya ilə əvvəlki günlərə qayıtmışıq

“Rusiya və Türkiyə arasında münasibətlərin yaxşılaşması prosesi başa çatıb, biz əvvəlki günlərə qayıtmışıq”.

METBUAT.info Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə CNN Türk telekanalına verdiyi müsahibəsində Türkiyənin XİN rəhbəri Mövlut Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, martın 10-da Moskvada Rusiya və Türkiyə prezidentlərinin iştirakı ilə keçirilən, iclasın nəticələrinə görə, bir çox sanksiyalar ləğv edilib:

“Müəyyən kənd təsərrüfatı mallarının tədarükünə qoyulmuş sanksiyalar aradan qaldırılıb, digər qadağalar da, məsələn, turizmin inkişafı qarşısında duran maneələr də ləğv ediləcək”.

M.Çavuşoğlu Rusiyanı öz öhdəçiliklərini yerinə yetirən ölkə adlandırıb: “Qərbin digər ölkələrindən fərqli olaraq Rusiya öz vədlərinə əməl edir. Onunla bir masa arxasına oturub razılığa gəlmək mümkündür. Biz bunu Hələbdə gördük. Bu bizim üçün mühüm meyardır”.

ABŞ ilə münasibətlərdən danışdıqda isə, Türkiyənin XİN rəhbəri bu ölkəni Suriyada terrorçuları dəstəklədiyini deyib: “Əgər onlar PKK-nı terrorçu hesab edirlərsə, o zaman Suriyadakı YPG-yə də eyni münasibət olmalıdır.

Biz müxtəlif məsələlər üzrə müxtəlif fikirdə ola bilərik, amma terrorizm məsələsində fikir müxtəlifliyi ola bilməz. Əgər onlar belə davam edərlərsə və FETO-nun rəhbərini təhvil verməzlərsə bu ABŞ və Türkiyə münasibətinə pis təsir edəcək”.

a>