15.03.2017

Bu il vergi daxilolmaları azalıb

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda vergi ödəyiciləri tərəfindən Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə ümumilikdə 939 milyon 138 min 200 manat məbləğində vəsait ödənilib. 

METBUAT.info “Report”a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 162 milyon 359 min 400 manat yaxud 14,74% azdır.

Nazirlikdən verilən məlumata görə, Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz tapşırığına 105,2% əməl olunub.

Hesabat dövründə 68 min 172 vergi ödəyicisi qeydiyyata alınıb ki, bunun da 492-si ƏDV ödəyiciləridir.

a>