11.03.2017

Brent neftinin qiyməti 51 dollara düşüb

Dünya bazarlarında neftin qiyməti yenidən ucuzlaşıb.

Bu barədə METBUAT.info Bloomberg-ə istinadən xəbər verir.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 1,57% azalaraq 51,37 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,60% ucuzlaşaraq 48,49 dollar təşkil edib.

a>