9.03.2017

“Borussiya” 1/4 finala adladı – VİDEO + FOTO

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində Almaniyanın “Borussiya” (Dortmund) klubu ilə Portuqaliyanın “Benfika” komandası qarşı-qarşıya gəliblər.
METBUAT.info xəbər verir ki, Dortmund “Borussiya”sı “Benfika”nı 4:0 hesabı ilə məğlub edərək 1/4 final mərhələsinə yüksəlib.

İlk görüşdəki 0:1 hesablı məğlubiyyətin əvəzini artıqlaması ilə çıxılıb.

Qollardan 3-nü Pyer-Emerik Obameyanq vurub. Daha bir qola izə Kristien Pulisik imza atıb.

Oyundan fotoları və video xülasəni təqdim edirik: (oxu.az)