27.03.2017

“Bloomberg”də dollar dörd ayın minimumuna endi – FOTO

“Bloomberg” terminalında dollar yeni iş həftəsinə bahalaşma ilə başlasa da, gün ərzində 4 ayın minimumuna qədər düşüb.

METBUAT.info Fins.az-a istinadən xəbər verir ki, terminal üzərində banklar arasında dolların son ticarəti 1,6955 manatla aparılıb. Bu isə dolların manat qarşısında 0,56% ucuzlaşması deməkdir.

Qeyd edək ki, sonuncu dəfə noyabr ayının 7-də banklar arasında dolların məzənnəsi 1,6985 manat olub.

Xatırladaq ki, Azərbaycan bankları valyuta birjası kimi “Bloomberg” terminalından istifadə edirlər. “Bloomberg” banklar arasında ticarət və valyuta hərracının nəticəsinə əsasən, manatın məzənnəsini müstəqil şəkildə müəyyən edir.

a>