16.03.2017

Bələdiyyə işçisi sosial medianı ayağa qaldırdı – VİDEO

İzmir Böyükşəhər Bələdiyyəsinin əməkdaşları Konak Meydanında 1 TL-yə quş yemi sataraq pul qazanan yaşlı adamın qarşısındakı bütün yemi götürərək yerə töküblər.

METBUAT.info hurriyet.com-a istinadən xəbər verir ki, bu görüntülərin əks olunduğu video internetdə geniş müzakirələrə səbəb olub. [oxu.az]

Vəhşi göyərçinlər şəhərin simvoluna çevrilib, bura gələn turistlər onları yemləyir və göyərçinlərlə şəkil çəkdirirlər. İzmir Böyükşəhər Bələdiyyəsinin əməkdaşları bu göyərçinləri yemləmək üçün yem satanlarla mübarizəyə başlayıblar.

Qoca adam heç nə edə bilməyərək susub. Amma ətrafda olan insanlar bələdiyyə əməkdaşlarından “Bu adamın nə günahı var? Gedib oğurluq etsin? Burada göyərçinlər varsa, məhz bu satılan yem sayəsində vardırlar. Sanki bu quşları yemləmək üçün nə isə edirsiniz” deyə müdaxilə ediblər.

a>