29.03.2017

Bir qutu siqaret alın uşağımın beynini dağıtdığım yeri sizə göstərim

Sabirabad rayonun Ulacalı kəndində 7 yaşlı uşağın atası tərəfindən xüsusi amansızlıqla qətlə yetirməsinin bəzi təfərrüatları məlum olub.

METBUAT.info xəbər verir ki, bu barədə AzNews.az-a rayon sakinləri məlumat verib. Sakinlərin sözlərinə görə, 27 yaşlı Röyal Məmmədov əslən Hacıqabul şəhərindəndir:

“Röyalın xarici görkəmindən, davranışından heç kəs hiss etməzdi ki, nə vaxtsa ondan belə nəlayiq hərəkət olacaq. Sən demə o, dəfələrlə məhkum olunub. Sonuncu məhkumluq həyatı başa çatandan sonra o, 7 yaşlı Röyaminin anası ilə tanış olub. Bunların 3 uşağı dünyaya gəlir. O gündən bu günə Röyal Ulacalı kəndində yaşayır. Hadisə qısqançlıq zəmində baş verib. Ailədə hamı qorxurmuş. Evə gələndə heç kimin səsi çıxmayıb. Ən çox da Röyaminin özü atasından qorxurmuş. Röyal və onun həyat yoldaşının hər ikisinin əl telefonu olub. Röyal Röyamini qolundan tutub evdən 1 kilometr uzaqlaşdırıb. Siz qorxunun təsirinə baxın ki, həmin müddətdə Röyaminin səsi çıxmayıb. Oradan həyat yoldaşına əl telefonu ilə mesaj göndərib. Yazıb ki, “bu uşaq məndən deyil. Bunun qisasını səndən uşağını öldürməklə alacam. Arvadından qisas alır. Röyamin başına 5 çəkiç zərbəsi vurub. Onu elə bir zərbə ilə vurub ki, meyiti yuyanda qanını kəsmək olmurdu. Bütün kəfən alqana boyandı.”

Kənd sakinləri deyir ki, ata 7 yaşlı uşağını qaçırıb öldürməsindən Sabirabad rayon Polis Şöbəsinin də xəbardar edib: “Polislərə zəng edib ki, mən uşağımı öldürürəm. Bunu deyib yerini dəyişib. Saat 1-ə kimi polislər onları axtarıb. Sonda isə polislərə deyib ki, “mənə bir qutu siqaret alın, uşağımın beynini dağıtdığım yeri sizə göstərim.”

Sakinlər Röyaminin müsəlman qaydası ilə dəfn olunduğunu dedi: “Danışmalı dərd deyil, Allah ona lənət eləsin. Uşağın nə günahı vardı?”

Sabirabadda dəhşətli qətl törədilib. Rayonun Ulacalı kəndin sakini, 1987-ci il təvəllüdlü Röyal Şakir oğlu Məmmədov 7 yaşlı oğlunu baş nahiyəsindən çəkiclə vuraraq qətlə yetirib.