24.03.2017

Berti Foqts Bakıya gəlib

Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Berti Foqts Bakıya gəlib.

METBUAT.info xəbər verir ki, Ölkə.az qurumun saytına istinadən məlumatda, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində martın 26-da keçiriləcək Azərbaycan - Almaniya oyununu yayımlayacaq Almaniya televiziyasında ekspert qismində çıxış edəcək B.Foqts Bakıya gəlib.

Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov Azərbaycan milli komandasının sabiq baş məşqçisi ilə görüşüb

a>