27.03.2017

Bayramda dolların məzənnəsinin sabit saxlanılmasının iki səbəbi

“Azərbaycanın valyuta bazarında iştirakçılar son həftə passiv mövqedə olublar”.

METBUAT.info xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) analitiki Rəşad Həsənov bayram günləri ərəfəsində dolların məzənnəsinin sabit qalmasına münasibət bildirərkən deyib.

Ekspert bunun iki əsas səbəbinin olduğunu vurğulayıb:

“Onlardan birincisi bazar iştirakçıları idxal əməliyyatları prosesi zamanı böyük həcmli alışlar həyata keçirməyiblər. Bu isə tələbin kəskin şəkildə azalmasına səbəb olub”.

R.Həsənov dolların sabit qalmasının ikinci səbəbini isə Novruz bayramı ərəfəsində Azərbaycanda hədsiz dərəcədə turist axını müşahidə olunması ilə əlaqələndirib:

“Bu da təbii ki, həmin intervalda ölkəyə daxil olan xarici valyutanın həcminin intensivləşməsinə səbəb olub. Bu da daxili valyuta bazarlarında təklifin müəyyən qədər artmasına gətirib çıxarıb”.

a>