17.03.2017

Baş nazirin avtomobili cərimə meydançasına aparıldı

Avstriyanın baş nazirinin şəxsi avtomobili cərimə meydançasına aparılıb.

METBUAT.info Lent.az-a istinadən xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, Tiral əyalətində konfransa gedən ölkənin baş naziri Kristian Kernin yanlışlıqla avtomobilini taksi dayanacağına park edib.

Daha sonra konfrans zamanı təhlükəsizlik işçilərinin xatırlatmasından sonra nazir avtomobili saxladığı yerə gəlsə də, avtomobil həmin yerdə olmayıb.

Ərazidə olan vətəndaşlar bildiriblər ki, avtomobili polislər cərimə meydançasına aparıblar.