27.03.2017

Bakıda sakinləri qorxuya salan sorğu – VİDEO

“Xəzər” TV-nin “Diqqətli ol” layihəsi çərçivəsində maraqlı prank keçirilib.

METBUAT.info baku.ws-ə istinadən xəbər verir ki, verilişin çəkiliş komandası şəhər sakinləri ilə zarafat etmək qərarına gəlib.

Belə ki, paytaxt sakinləri ilə maraqlı sorğu keçirilib. Onlara “idmanla məşğul olan və əzələlərini dərmanla şişirdən insanlara münasibətiniz necədir?” sualı ünvanlanıb. Çoxları bu cür insanlara qarşı mənfi münasibət bəsləmədiyini bildirib və bir müddət sonra sualı cavablandıran şəxslər iki idmançı ilə üzləşməli olub. Sualı cavablandıranlardan bəziləri qorxuya düşərək söylədiklərini inkar etməli olublar.

a>