1.03.2017

Bakıda mühafizəçi özünü yolun ortasında öldürdü

Bakıda intihar hadisəsi baş verib.

METBUAT.info lent.az-a istinadən xəbər verir ki, Bilgəh qəsəbəsində yerləşən bağ evlərindən birində mühafizəçi işləyən 1974-cü il təvəllüdlü Dadaşov Natiq Arif oğlu özünü asaraq intihar edib.

O, gecə saatlarında spirtli içkinin təsiri altında küçənin ortasındakı dirəkdən özünü asıb. Küçədən keçən şəxslər asılı vəziyyətdə qalmış meyiti görən kimi polisə məlumat veriblər.

Bildirilir ki, N.Dadaşovun maddi problemləri olub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

a>