23.03.2017

Qəbirdən cadu tapıldı – VİDEO

Məzarlığa ziyarətə gələnlər yaxınlarının qəbirinin yanında qeyri-adi bir bükülü görüb. Açanda tanımadığı şəxsin şəklini və düyünlənmiş saplar olduğu məlum olub.

METBUAT.info Xəzər TV-yə istinadən xəbər verir ki, qəribə hadisə Xırdalan qəbristanlığında baş verib.

Qəbiristanlıqda şahidi olduğu hadisə Sevda Hüseynovanı heyrətə gətirib. Qadın şəkli qəbiristanlıqdakı mollalardan birinə göstərib və üzərindəki yazını oxutdurmağa çalışıb.

Bu şəkilləri kimin, nə məqsədlə qəbrin yanına atdığı məlum deyil. Videonu çəkən şəxs iddia edir ki, bu cadudur. Çünki adətən caduları məhz qəbristanlıqda basdırırlar. İnsanlarda tez-tez belə şeylərin şahidi olduqlarını etiraf edirlər.

Din xadimləri cadunun həqiqətəndə olduğunu bildirirlər. Amma bunu etmək böyük günah sayılır. Bundan azad olmaq üçün bəzi əməlləri etmək kifayət edir.

Ağa Hacıbəyli caduya maraq göstərən və ya inanan insanlara bir daha məsləhət görür ki, belə xurafatlardan uzaq dursunlar.