14.03.2017

Bakıda bayram tədbirində dəvə qızı tapdaladı – VİDEO

Bu gün Bakıda keçirilən ilaxır çərşənbə tədbirində bədbəxt hadisə baş verib.

METBUAT.info Lent.az-a istinadən xəbər verir ki, İçərişəhərdən Atəşgah məbədinə od gətirməyə gedən karvanda yer alan gənc qızlardan biri dəvənin sərt hərəkəti nəticəsində yerə çırpılıb.

Dəvə qızı yerə atan kimi qaçmağa başlayıb. Bu zaman gənc qız xəsarət alıb. Ona tibbi yardım göstərilib.

Hadisə yerindən çəkilən videonu təqdim edirik.